Modern.az

2 metrostansiyanın təmiri yayda yekunlaşacaq - Mer

2 metrostansiyanın təmiri yayda yekunlaşacaq - Mer

Dünya

1 Fevral 2024, 12:44

"Varketili" və "Avlabari" metro stansiyalarının təmiri yayın sonunda başa çatacaq".

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu paytaxt Tiflisin meri Kaxa Kaladze bildirib.

 

Onun sözlərinə görə, bir müddətdir heç bir şirkət "Varketili" stansiyasında işə maraq göstərməyib və bu səbəbdən proses ləngiyib: "Digər stansiyada isə ilkin layihədə dəyişikliklərə ehtiyac var idi".

 

"İstənilən yenidənqurma ilə bağlı problem odur ki, yerlərdə vəziyyətin necə olduğunu heç kim bilmir. Bəzən böyük problemlərlə üzləşirik. Əlavə problem yaranmasa, yayda stansiyaların bərpası yekunlaşacaq", - o əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...