Modern.az

Sabiq nazir NATO-da səfir ola bilər 

Sabiq nazir NATO-da səfir ola bilər 

Dünya

1 Fevral 2024, 18:36

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze yeni hökumətdə təmsil olunmayacaq. O, bundan sonra Gürcüstanın NATO-da səfiri vəzifəsində çalışa bilər.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə Cuanşer Burçuladze özü məlumat verib. O deyib ki, NATO-da səfir vəzifəsini nəzərdən keçirməklə bağlı yeni Baş nazir postuna namizəd İrakli Kobaidzedən təklif alıb. Amma hələlik razılıq verməyib və təklifi dəyərləndirəcək.

 

“On üç ildir dövlət qulluqçusuyam, böyük ailəm var. Düşünmək və istirahət üçün dörd ay vaxtım var. Bundan sonra diplomatik xidmətə davam edib-etməmək qərarına gələcəyəm”, - deyə Burçuladze bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!