Modern.az

Finlandiyada prezident seçkiləri 

Finlandiyada prezident seçkiləri 

Dünya

11 Fevral 2024, 19:12

Bu gün Finlandiyada prezident seçkilərinin ikinci turuna start verilib.

 

Modern.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 9:00-dan 20:00-dək açıq olacaq.

 

Səslərin 50 faizindən çoxunu toplayan namizəd 2024-cü il martın 1-dən prezident vəzifəsinin icrasına başlayacaq.

 

Xatırladaq ki, prezident seçkilərinin ilk turunun liderləri 27,1 faiz səslə Aleksandr Stubb və 25,7 faiz səs toplayan Pekka Haavisto olublar.

 

Sizə yeni x var
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı