Modern.az

Macarıstan XİN başçısı Türkiyəyə gedir 

Macarıstan XİN başçısı Türkiyəyə gedir 

Dünya

14 Fevral 2024, 21:34

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Türkiyəyə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, səfər sabah, fevralın 15-də baş tutacaq.

 

Siyarto türkiyəli həmkarı Hakan Fidanla görüşəcək. O, Türkiyə – Macarıstan İqtisadi və Ticari Birgə Komitəsinin birinci iclasında iştirak edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!