Modern.az

"YouTube", "WhatsApp" və "Telegram"da PROBLEMLƏR

Dünya

27 Fevral 2024, 16:10

"YouTube", "Viber", "WhatsApp", "VKontakte" və "Telegram" platformalarının işində problemlər yaranıb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, istifadəçilər "Telegram" və digər xidmətlərin tədricən bərpa olunduğunu bildirirlər. Demək olar ki, saat yarım ərzində messencerdə problemlər yaranıb.

 

Hələlik "YouTube"da problemlərin qaldığı deyilir. Səbəblər araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!