Modern.az

Ərdoğanla Zelenski İstanbulda görüşəcək

Ərdoğanla Zelenski İstanbulda görüşəcək

Dünya

8 Mart 2024, 08:48

Türkiyə və Ukrayna Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında danışıqlar İstanbulda aparılacaq, bundan sonra birgə mətbuat konfransı planlaşdırılır.

 

Modern.az-ın məlumatına görə, bu barədə TASS-a Türkiyə liderinin ofisindəki mənbə bildirib.

 

"Prezidentlər Ərdoğan və Zelenski arasında görüşün yerli vaxtla təxminən saat 19:00-da Prezidentin İstanbulda, Dolmabaxçadakı iş kabinetində baş tutacağı gözlənilir. Görüşdən sonra mətbuat konfransı planlaşdırılır", - agentliyin həmsöhbəti bildirib.

 

Görüşdə Ukrayna ilə Rusiya arasında davam edən müharibə, taxıl dəhlizi sazişinin müddətinin uzadılması, bölgədə davamlı sülhəsəbəb ola biləcək qərarlar ətrafında fikir mübadiləsi aparılacaq.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...