Modern.az

Gürcüstanda beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlayıb

Gürcüstanda beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlayıb

Dünya

14 Avqust 2024, 14:41

Gürcüstanda beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlayıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin məlumatında deyilir.

 

Məlumata görə, sənəd Cenevrə Konvensiyasına üzv olan ölkələrdə bir il müddətində qüvvədə olacaq.

 

“Beynəlxalq sürücülük vəsiqəsi almaq üçün müvafiq şəxs şəxsiyyəti təsdiq edən sənəd və milli sürücülük vəsiqəsini təqdim etməlidir”, - deyə məlumatda bildirilir.

 

Bundan əvvəl Vyana Konvensiyasına əsasən Gürcüstanda beynəlxalq sürücülük vəsiqələri verilirdi. Onların buraxılışı davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV