Modern.az

Ukrayna Kurskda hərbi komendantlıqlar yarada bilər

Ukrayna Kurskda hərbi komendantlıqlar yarada bilər

Dünya

14 Avqust 2024, 17:02

"Lazım gələrsə, Ukrayna Kursk vilayətində hərbi komendantlıqlar yaradacaq".

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Kurskdakı vəziyyətlə bağlı müşavirə keçirib.

 

"Kursk vilayətində vəziyyətlə bağlı müşavirə keçirilib. Əsas məsələlər müzakirə olunub. Təhlükəsizlik, humanitar yardım, lazım gələrsə, hərbi komendantlıqların yaradılması. Ukrayna sərhəd icmalarında özünü və əhalisinin həyatını qoruyur və Rusiya ərazisində aktiv əməliyyatlar aparır. Ordumuz beynəlxalq konvensiyaların və beynəlxalq humanitar hüququn tələblərinə ciddi şəkildə əməl edir”, - prezident bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?