Modern.az

Papikyan Pentaqonun rəhbəri ilə nələri müzakirə etdi...

Papikyan Pentaqonun rəhbəri ilə nələri müzakirə etdi...

Dünya

6 Dekabr 2024, 09:07

Dekabrın 5-də Ermənistanın müdafiə naziri Suren Papikyan Pentaqonun rəhbəri Lloyd Ostinlə görüşüb.

Modern.az bu barədə erməni mətbuatına istinadən xəbər verir.

Pentaqonda keçirilən görüşdə Ermənistan Silahlı Qüvvələrində islahatlar, Ermənistan-Amerika müdafiə əməkdaşlığının prioritetləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Ostin ABŞ-nin Ermənistanın müstəqilliyi və suverenliyinə dəstəyini, eləcə də islahatları təşviq etməyə hazır olduğunu vurğulayıb.

Tərəflər regionda uzunmüddətli sülhə nail olmaq istəklərini bir daha təsdiqləyiblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!