Modern.az

Netanyahu Trampla görüşə gedir

Netanyahu Trampla görüşə gedir

Dünya

5 Aprel 2025, 08:17

İsrailin Baş naziri Binyamin Netanyahu bazar ertəsi Ağ Evə səfər etməyi və ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

 

“Səfər planlaşdırıldığı kimi baş tutsa, Netanyahu rüsumlara son qoymaq üçün razılaşmanı müzakirə etmək üçün Trampla şəxsən görüşən ilk xarici lider olacaq”, - portalın xəbərində deyilir.

 

Liderlərin həmçinin İranın nüvə böhranı və Qəzzadakı müharibəni müzakirə edəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!