Modern.az

İran: ABŞ ilə birbaşa danışıqlar MƏNASIZDIR

İran: ABŞ ilə birbaşa danışıqlar MƏNASIZDIR

Dünya

6 Aprel 2025, 11:55

Rəsmi Tehran ABŞ ilə birbaşa danışıqları mənasız hesab edir.

 

Modern.az “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

 

“BMT Nizamnaməsini pozaraq daim güc tətbiq etməklə hədələyən tərəflə birbaşa danışıqlar mənasız olardı”, – nazir söyləyib.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İran rəhbərliyinin Vaşinqtonla dialoqu vasitəçilərlə deyil, birbaşa danışıqlarla aparmaq istədiyini söyləmişdi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!