Modern.az

Berboka yeni vəzifə verildi

Berboka yeni vəzifə verildi

Dünya

3 İyun 2025, 00:39

Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının yeni prezidenti seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyada mətbuatı məlumat yayıb.

 

Məlumata görə, iyunun 2-də BMT-nin mənzil-qərargahında keçirilmiş səsvermədə 193 üzv dövlətdən 167-si onun lehinə səs verib.

 

Almaniyanın sabiq xarici işlər naziri seçkilərdən sonra verdiyi açıqlamada göstərilən etimada görə təşəkkürünü bildirib və BMT Baş Assambleyasında dürüst vasitəçi olmaq istədiyini vurğulayıb.

 

A.Berbok vəzifəsinin icrasına rəsmi şəkildə sentyabrın 9-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!