Modern.az

Rusiyada məscid yandırıldı

Rusiyada məscid yandırıldı

Dünya

21 Avqust 2025, 22:44

Rusiyanın Başqırdıstan Respublikasının Blaqoveşensk şəhərində naməlum şəxs məscidi yandırıb.

Modern.az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

Şahidlərin bildirdiyinə görə, gənc oğlan içərisində yandırıcı qarışıq olan butulkanı məscidin girişinə yaxın yerə atıb.

Yanğının sahəsi 10 kvadratmetr olub, o söndürülüb.

Yanğın törətdiyi iddia edilən şəxs qaçıb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!