Modern.az

Adanadakı ABŞ konsulluğundan təxliyə başladı

Adanadakı ABŞ konsulluğundan təxliyə başladı

Dünya

9 Mart 2026, 15:10

ABŞ Türkiyənin Adana şəhərindəki konsulluq işçilərinin bir hissəsini təxliyə edir.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

"Adanadakı (Cənubi Türkiyə) ABŞ konsulluğunun əsas olmayan işçilərinin və konsulluğun əməkdaşlarının ailə üzvləri təxliyə ediləcək".

Səbəb olaraq İranla artan münaqişə fonunda təhlükəsizlik riskləri göstərilir. Dövlət Departamenti Türkiyə üçün səyahət tövsiyəsini 2 səviyyəsində saxlayır ("artan ehtiyat").

Xatırladaq ki, Adana şəhəri Suriya ilə sərhəd yaxınlığında yerləşir və regionda mühüm logistika mərkəzidir.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!