Modern.az

Mərc ofisinə basqın etdi, qadını girov götürdü 

Mərc ofisinə basqın etdi, qadını girov götürdü 

Dünya

Bu gün, 16:16

Vladiqafqaz şəhərinin mərkəzində yerləşən mərc ofislərindən birinə silahlı basqın edilib.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində bir qadın işçi yaralanıb və hücum edən şəxs tərəfindən girov götürülüb.

İlkin məlumata görə, hücumu törədən şəxs daha əvvəl mərc oyunlarında böyük məbləğdə pul itirib və vəsaiti geri almaq məqsədilə silahla ofisə daxil olub. O, kassa aparatında çalışan işçini yaralayıb və bıçaqla hədələyib.

Bildirilib ki, zərərçəkən qadın hüquq-mühafizə orqanlarına məlumat verməyə nail olub. Hadisə yerinə cəlb olunan Rosqvardiya əməkdaşları əməliyyat keçirərək hücum edən şəxsi zərərsizləşdiriblər. Saxlanılarkən o, ayağından yaralanıb.

Məlumata görə, 36 yaşlı şəxsin uzun müddətdir qumar və narkotik asılılığı olub. Onun sabit gəlir mənbəyinin olmadığı, mütəmadi olaraq mərc oyunlarında iştirak etdiyi və qaytara bilmədiyi mikrokreditlər götürdüyü bildirilir.

Həmçinin qeyd olunur ki, əvvəllər onun barəsində kredit borcları ilə bağlı icraat da başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi