İrana məxsus, 2 milyon barelə qədər neft daşıya bilən supertankerin Hörmüz boğazından uğurla keçərək ölkənin ərazi sularına daxil olduğu barədə “Fars” Agentliyi məlumat yayıb.
Modern.az xəbər verir ki, məlumata görə, sanksiya altında olan gəmi öz identifikasiya sistemini açıq saxlayaraq marşrutu keçib və gizlənməyə cəhd etməyib.
Daha əvvəl Bloomberg də “Rich Starry” adlı Çinlə əlaqəli tankerin boğazdan keçdiyini bildirmişdi.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri bu gün bildirib ki, Amerika tərəfi guya “36 saat ərzində Hörmüz boğazındakı və əks istiqamətdə olan dəniz ticarətini dayandırıb”.
Vaşinqton daha əvvəl Hörmüz boğazına dəniz blokadası tətbiq edildiyini elan etmişdi.
ABŞ hakimiyyəti bildirir ki, bu tədbirlər İranın nüvə proqramı ilə bağlıdır və zənginləşdirilmiş uranın nəzarət altına alınmasını tələb edir.