2018-ci ilə qədər Ermənistanda ölkə ərazisində doğulmamış şəxslər ali kürsüyə yiylənib.
Modern.az xatırladır ki, uzun illər ölkənin başında xarici ölkələrdə doğulmuş, təcavüzkar siyasət yürütməyə və xarici himayədar altında siyasət aparmağa çalışan şəxslər idarə edib.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan
Doğulduğu yer: Hələb, Suriya (1945-ci yanvarın 9-da anadan olub)
Ermənistanın ikinci prezidenti Robert Koçaryan
Doğulduğu yer: Xankəndi, Azərbaycan (1954-cü il 31 avqustda doğulub)
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan
Doğulduğu yer: Xankəndi, Azərbaycan (30 iyun 1954-cü ildə doğulub)
Ermənistanın baş naziri Nikol Paşinyan
Doğulduğu yer: İcevan, Ermənistan (1 iyun 1975-ci ildə anadan olub)
Nikol Paşinyan müasir Ermənistanın bu ölkədə doğulan ilk lideri oldu.