ABŞ Dövlət Departamenti Konqresə Rusiya ilə Ukrayna arasındakı müharibədə Moskvanın tərəfində təxminən 5 min kubalı hərbçinin vuruşduğunu bildirib.
Modern.az Axios-a istinadən xəbər verir ki, Donald Tramp administrasiyası ABŞ Konqresinə Kubanın Ukraynaya qarşı müharibədə döyüşmək üçün Rusiyaya 5000-ə qədər döyüşçü göndərdiyini və eyni zamanda "Moskvaya diplomatik və siyasi dəstək" verdiyini bildirib.
Dövlət Departamenti qeyd edir ki, Kuba hökuməti rəsmi olaraq bunu etməsə belə, bilərəkdən Kuba qoşunlarının Rusiyaya yerləşdirilməsinə icazə verib və asanlaşdırıb.
Hesabatda həmçinin Kuba vətəndaşlarının "Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləyən ən böyük müəyyən edilə bilən xarici döyüşçü qruplarından birinə" çevrildiyi bildirilir.