Bu gün Brüsseldəki Avropa Birliyinin səfirləri Ermənistana yeni mülki missiya göndərmək qərarına gəliblər.
Modern.az xəbər verir ki, məlumatı “Azadlıq” radiosunun Ermənistan xidməti yayıb.
Bildirilib ki, missiya gələn həftə keçiriləcək AB Xarici İşlər Nazirlərinin iclasında təsdiqlənəcək.
AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı missiyanın mandatı, strukturu və müddəti ilə bağlı təklifi açıqlayıb. Bu sənədə əsasən, missiya təhlükəsizlik nazirliklərinə və agentliklərinə strateji və praktik məsləhət və dəstək verməklə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməkdir. Bu məsləhətləşmələr siyasətin hazırlanması, xarici informasiya manipulyasiyasının, kiberhücumların və qanunsuz maliyyə axınlarının aşkarlanması və cavablandırılmasına yönələcək.
Yeni missiyanın Ermənistanda iki il fəaliyyət göstərməsi və 20-30 beynəlxalq işçidən ibarət olması gözlənilir. O, "Aİ Tərəfdaşlıq Missiyası" adı altında fəaliyyət göstərəcək.