Çin prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trampa məktub göndərərək İrana silah ötürülməsi ilə bağlı xəbərləri təkzib edib.
Modern.az xəbər veri ki, ABŞ lideri bunu Fox Business-ə verdiyi müsahibədə açıqlayıb.
"O (Si Cinpin -red) bu yaxınlarda mənə gözəl bir məktub yazdı. Çinin İrana silah tədarük etdiyini eşitdiyim üçün ona göndərdiyim məktuba cavab verdi - bu, hər yerdə deyilir. Mən ona bunu etməməyi xahiş edən bir məktub yazdım və o, əslində bunu etmədiyini bildirdi", - deyə Tramp qeyd edib.