ABŞ Maliyyə Nazirliyi Çin, Honkonq, BƏƏ və Omandakı bəzi banklarla bağlı bəyanat yayıb.
Modern.az xəbər verir ki, nazirlik bu ölkələrdəki bəzi bankları sanksiyaları pozaraq İrana qanunsuz fəaliyyətlərində kömək etdiklərinə görə ikinci dərəcəli sanksiyalar tətbiq etməklə hədələyib.
"Amerika Birləşmiş Ştatları Maliyyə Nazirliyinin gələcək tədbirlərindən yayınmaq üçün İranla bağlı hər hansı qanunsuz fəaliyyəti müəyyən etmək və qarşısını almaq üçün sizin təcili tədbirlərinizə ümid edir",-deyə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.