Modern.az

Şahbaz Şərif 3 müsəlman ölkəsinə səfərə hazırlaşır

Şahbaz Şərif 3 müsəlman ölkəsinə səfərə hazırlaşır

Dünya

Bu gün, 15:50

ABŞ və İran arasında mümkün ikinci sülh danışıqlarından əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif Səudiyyə Ərəbistanı, Qətər və Türkiyəyə dörd günlük səfər edəcək.

Modern.az-ın məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyi xəbər verib.

Baş nazir Məhəmməd Şahbaz Şərifin bu ölkələrə 15-18 aprel 2026-cı il tarixlərində gedəcəyi qeyd edilib. 

O da qəlavə edilib ki, Şahbaz Şərif Türkiyədə olduğu müddətdə Beşinci Antalya Diplomatik Forumunda iştirak edəcək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər liderlərlə ikitərəfli görüşlər keçirəcək. 

Sonda o da vurğulanıb ki, ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar 11-12 aprel tarixlərində İslamabadda Pakistanın vasitəçiliyi ilə baş tutan görüşün yaxın vaxtlara elə bu şəhərdə yenidən baş tutması gözlənilir.

Sizə yeni x var
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi