Modern.az

Eks-nazirin 2,6 milyon dollar borcu var

Eks-nazirin 2,6 milyon dollar borcu var

Dünya

16 Aprel 2026, 15:39

ABŞ-ın keçmiş daxili təhlükəsizlik naziri Kristi Noem və ərinin dövlətə ən azı 2,6 milyon dollar borcu var.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, federal maliyyə bəyannamələrinə əsasən, nazir və ailəsinin borclarının ümumi məbləğinin 2,6 milyon dollar olduğu üzə çıxıb.

Məlumatlara görə, borclar əsasən 2020-ci ildən sonra götürülmüş kreditlərlə bağlıdır. Bildirilir ki, borcların artdığı dövrdə nazirin əri Brayan Noem internetdə modellərlə ünsiyyət üçün yüksək məbləğdə vəsait xərcləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!