Modern.az

İsrail atəşkəsi pozub - Livan tərəfi xəbər yaydı

İsrail atəşkəsi pozub - Livan tərəfi xəbər yaydı

Dünya

Bu gün, 09:39

Beyrut və Tel-Əviv arasında gecə yarısından qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail cənubi Livandakı iki yaşayış məntəqəsini bombalamağa davam edir.

Modern.az xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA-da yayımlanan xəbərdə bildirilib.

Atəşkəsin başlamasından qısa müddət sonra yayımlanan xəbərdə deyilir: “Atəşkəs qüvvəyə mindikdən sonra əl-Hiyam və Dibbin yaşayış məntəqələrinə qarşı İsrailin bombardmanı davam edir”

Xəbərdə həmçinin qeyd olunub: “Raşeya yaşayış məntəqəsi və Cəbəl əş-Şeyx (Hermon) dağının qərb yamaclarında (cənub-şərqdə) intensiv pilotsuz uçuş aparatlarının fəaliyyəti müşahidə olunur”

Bombardmanın nəticələri ilə bağlı hələlik maddi ziyan və ya insan tələfatı olub-olmadığına dair ətraflı məlumat verilməyib.

İsrail tərəfindən isə məsələ ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi