ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran heç vaxt nüvə silahına sahib olmayacağını qəbul edib.
Modern.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu jurnalistlərlə söhbəti zamanı bildirib.
Tramp qeyd edib ki, Vaşinqton hazırda Tehranla dialoqu müsbət şəkildə davam etdirir
ABŞ lideri əlavə edib ki, iki həftəlik atəşkəsin uzadılmasına ehtiyac olub-olmayacağı hələ dəqiq deyil, lakin lazım gələrsə, bu addım atıla bilər.