Modern.az

Tramp İranla müqavilə imzalamaq üçün İslamabada gedə bilər

Tramp İranla müqavilə imzalamaq üçün İslamabada gedə bilər

Dünya

Bu gün, 09:02

ABŞ prezidenti Donald Tramp Nevada ştatının Las-Veqas şəhərində keçirilən tədbirdə çıxış edərək İrandakı müharibənin tezliklə bitəcəyini bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp deyib: “İşlərimiz çox yaxşıdır və deyə bilərəm ki, İranla müharibə plan üzrə gedir. Biz istədiyimiz hər şeyi edə bilərik. Bu müharibə tezliklə bitməlidir"

ABŞ prezidenti Tehran–Vaşinqton arasında danışıqlarda irəliləyiş olduğunu iddia edərək növbəti mərhələnin gələn həftə keçirilə biləcəyini bildirib. ABŞ liderinin sözlərinə görə, tərəflər hazırda razılaşmanın bağlanmasına yaxındır. O, jurnalistlərlə söhbətdə deyib: "Yəqin ki, həftəsonu (şənbə və bazar) İranla daha çox danışıqlar aparılacaq".

Tramp deyib ki, əgər razılaşma əldə olunarsa, İranla müqavilə imzalamaq üçün İslamabada gedə bilər. O, həmçinin bildirib ki, hazırda iki tərəf razılaşma bağlamağa yaxındır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi