İran hakimiyyəti hələ də ABŞ ilə danışıqları davam etdirməyə razılıq verməyib.
Modern.az xəbər verir ki, bu barədə “Tasnim” agentlyi məlumat yayıb.
Bildirilir ki, rəsmi Tehran ABŞ prezidenti Donald Trampın Hörmüz boğazını və İran limanlarını hərbi blokadaya alması və "danışıqlar zamanı Amerikanın həddindən artıq tələbləri" səbəbindən dialoqu davam etdirmək istəmir.
"İran vurğulayır ki, amerikalılardan həddindən artıq tələblərin olmaması danışıqların davam etdirilməsinin əsas şərtidir; əks halda İran yorucu və faydasız danışıqlara vaxt itirməyəcək", - “Tasnim” bildirib.
Agentlik əlavə edib ki, Tehranın mövqeyi Vaşinqtona Pakistan vasitəsilə çatdırılıb.
17 apreldə İran hakimiyyəti mövcud atəşkəs müddətində Hörmüz boğazının kommersiya gəmiçiliyi üçün tam açıldığını elan edib. 18 aprel səhəri Tehran ABŞ-ın siyasəti səbəbindən boğaz üzərində hərbi nəzarətin bərpa olunduğunu elan edib.