Modern.az

İran ABŞ və İsraili məhkəməyə verəcək

İran ABŞ və İsraili məhkəməyə verəcək

Dünya

19 Aprel 2026, 01:03

İran ABŞ və İsrailin İsfahanın tarixi abidələrinə endirdiyi zərbələr nəticəsində dəyən ziyanla bağlı məhkəməyə müraciət edəcək.

Modern.az xəbər verir ki, nu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Qubernator Mehdi Cəmalinejad bu xəbəri Beynəlxalq Abidələr və Yerlərin Mühafizəsi Gününə həsr olunmuş tədbirdə açıqlayıb. O, tarixi binaların və qədim ziyarətgahların qorunmasının vacibliyini vurğulayıb.

"Təəssüf ki, müharibə və bu tarixi şəhərə qarşı düşmən hücumları zamanı Böyük Çarşı ərazisində təxminən 203 nöqtə və 28 tarixi abidə zədələnib və bərpaya ehtiyac duyur", - deyə o bildirib.

Camalinejad hazırda məhkəmə prosesinin davam etdiyini bildirib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?