Modern.az

İran ordusu ölkəni müdafiə etməyə hazırdır - Pezeşkian

İran ordusu ölkəni müdafiə etməyə hazırdır - Pezeşkian

Dünya

Bu gün, 19:57

İran ordusu ölkəni müdafiə etməyə hazırdır.

Modern.az "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, bu sözlər İran Prezidenti Məsud Pezeşkianın Milli Ordu Günü münasibətilə yayılan təbrikində qeyd olunub.

M. Pezeşkian həssas şəraitdə mövcud təhdidlərə işarə edərək, ölkənin müdafiəsində silahlı qüvvələrin birgə fəaliyyətini, hazırlığını vurğulayıb və ordunun rolunu həlledici hesab edib.

İran Prezidenti ordunun xalqla dərin bağını, yardım və xidmət sahələrindəki fəal iştirakını müstəsna xüsusiyyətləri kimi xarakterizə edib.

Qeyd edək ki, İranda Milli Ordu Günü hər il 18 aprel tarixində qeyd olunur. Bu gün 1979-cu ildə İslam İnqilabından sonra Ayətullah Xomeyni tərəfindən ordunun xalqla həmrəyliyini nümayiş etdirmək üçün təsis edilib.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?