Modern.az

Kiyevin mərkəzində ATIŞMA

Kiyevin mərkəzində ATIŞMA

Dünya

Bu gün, 20:26

Kiyevdə insanları girov götürən şəxs xüsusi təyinatlılar tərəfindən əməliyyat zamanı öldürülüb.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko özünün Telegram kanalında məlumat verib.

"Kiyevdə atıcı həbs olunarkən zərərsizləşdirilib. Xüsusi təyinatlılar hücumçunun olduğu mağazaya basqın ediblər", - deyə o yazıb.

Klimenko hücum edən şəxsin həbs zamanı insanları girov götürdüyünü, polis əməkdaşlarına atəş açdığını və onunla danışıqların nəticəsiz qaldığını bildirib.

İlkin məlumatlara görə, atışma nəticəsində iki nəfər ölüb, 10 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?