Modern.az

İranda "Mossad" ilə əməkdaşlıq edən 2 nəfəri edam etdi

İranda "Mossad" ilə əməkdaşlıq edən 2 nəfəri edam etdi

Dünya

20 Aprel 2026, 10:26

İranda İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda təqsirli bilinən iki nəfər edam edilib.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, xaricdə xüsusi hazırlıq keçmiş məhkumlar "Mossad"la əlaqəli geniş casus şəbəkəsinin iştirakçısı olublar və İran xüsusi xidmət orqanlarının versiyasına görə, İslam Respublikasının ərazisində təxribatlar həyata keçirməyi planlaşdırıblar.

Agentlikdən bildiriblər ki, ölüm hökmü ölkənin ali məhkəməsi tərəfindən təsdiq edilib və icra olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!