Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərlə Ukrayna silahlarının və dronlarının tədarükü üçün on illik müqavilələr imzalandığını elan edib.
Modern.az xəbər verir ki, bu barədə Zelenski X sosial şəbəkəsi üzərindən paylaşımında qeyd edib ki, artıq Yaxın Şərq və Fars körfəzindəki 11 ölkədən sorğuların alındığını qeyd edib.
Bundan əlavə, Zelenskinin sözlərinə görə, rəsmi Kiyev tədricən Cənubi Qafqazı (Azərbaycan, Ermənistan, Gürcüstan) da nəzərdən keçirir.
Ukrayna lideri əlavə edib ki, həm Ukraynada, həm də digər ölkələrdə birgə silah istehsalı planlaşdırılır:
“Artıq Avropa ölkələri, xüsusən də Almaniya, İtaliya, Norveç, İsveç və Hollandiya ilə işlərin başlayıb”.