Modern.az

İsrailin xarici işlər naziri bu hadisəyə görə üzr istədi

İsrailin xarici işlər naziri bu hadisəyə görə üzr istədi

Dünya

Bu gün, 12:18

İsrailin xarici işlər naziri Gideon Saar israilli əsgər tərəfindən İsa Məsihin heykəlinə zərər yetirilməsi ilə bağlı xristianlardan üzr istəyib.

Modern.az xəbər verir ki, nazir “X” sosial şəbəkəsində yazıb.

“İsrail Müdafiə Qüvvələrinin (İDF) əsgəri tərəfindən Livanın cənubunda xristian dini simvolunun məhv edilməsi təhlükəli və utancvericidir. İDF-nin bu hadisəni qınayan bəyanatını və faktla bağlı istintaqa başlanıldığını alqışlayıram. Əminəm ki, bu iyrənc əməli törədənlərə qarşı lazım olan sərt tədbirlər görüləcək. Bu biabırçı hərəkət bizim dəyərlərimizə tamamilə ziddir”.

Onun sözlərinə görə, İsrail müxtəlif dinlərə və onların müqəddəs simvollarına hörmət edən və dinlər arasında tolerantlıq və hörmət dəyərlərini gücləndirməyə çalışan bir ölkədir.

“Bu hadisəyə görə və xristianların hisslərinə vurulan hər hansı zərərə görə üzr istəyirik,” – deyə israilli nazir bildirib.

Daha əvvəl Livan mediası Livanın cənubundakı Dibəl yaşayış məntəqəsində İsrail hərbçisinin bir heykəli sındırdığının görüntülərini yaymışdı. İDF-nin rəsmi bəyanatında isə fotoda əks olunan şəxsin İsrail hərbçisi olduğu təsdiqlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV