Modern.az

ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib

ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib

Dünya

21 Aprel 2026, 01:54

ABŞ kəşfiyyatı Pakistan Silahlı Qüvvələrinin rəhbəri Asim Munirlə bağlı Prezident Donald Trampa xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Munir İranın yüksək hərbi rəhbərliyi ilə, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zərərsizləşdirilmiş sabiq komandirləri Qasım Süleymani və Hüseyn Salami ilə şəxsi əlaqələrdə şübhəli bilinir.

Kəşfiyyat hesabatında qeyd olunur ki, pakistanlı general ABŞ maraqları üçün potensial təhdid yarada bilər. Sənəddə onun Yaxın Şərqdə vəziyyətin tənzimlənməsi prosesində “ikiqat rol” oynadığı iddia edilir.

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ