Modern.az

İranla müharibədə ABŞ-nin 415 hərbçisi yaralanıb

İranla müharibədə ABŞ-nin 415 hərbçisi yaralanıb

Dünya

Bu gün, 03:44

ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri 415 amerikalı hərbi qulluqçu yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.

"Döyüş əməliyyatları zamanı ordunun 271 hərbi qulluqçusu, Hərbi Dəniz Qüvvələrinin 63 dənizçisi, 19 dəniz piyadası və Hərbi Hava Qüvvələrinin 62 hərbi qulluqçusu yaralanıb", - bildirilib.

Məlumatda qeyd olunur ki, yaralıların böyük hissəsi artıq xidmətə qayıdıb.

ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keynin daha əvvəl bildirdiyi kimi, amerikalı hərbi qulluqçular əksəriyyəti İranın pilotsuz uçuş aparatlarının (PUA) hücumları nəticəsində yaralanıblar.

Döyüş əməliyyatları zamanı 13 ABŞ hərbçisi həlak olub. Onlardan altısı Küveyt, biri isə Səudiyyə Ərəbistanında ölüb. Digər hərbçilər Amerikanın yanacaqdolduran təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!