İran nümayəndə heyəti ABŞ ilə danışıqlar üçün Ali Rəhbər Müctəba Xameneinin icazəsini gözləyib və 20 aprel axşamı həmin icazəni alıb.
Modern.az xəbər verir ki, bu barədə Axios öz mənbəyinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Ağ Ev Tehrandan İran nümayəndə heyətinin danışıqlarda iştirak etməyə hazır olduğuna dair bir siqnal gözləyirdi. Pakistan, Misir və Türkiyədən olan vasitəçilər də iranlıları görüşdə iştirak etməyə çağırdılar.
Lakin mənbənin sözlərinə görə, İran tərəfi nümayəndə heyətindən daha sərt mövqe tutmağı tələb edən və ABŞ-nin dəniz blokadasına son qoymadan danışıqlar aparılmasına qarşı çıxan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təzyiqi fonunda ləngiyirdi.
Axios-un üç mənbəsi bildirib ki, ABŞ nümayəndə heyətinə birinci turda rəhbərlik etmiş vitse-prezident Cey Di Vens görüş üçün İslamabada uçmalıdır.