Meksikada yerləşən Teotiakan arxeoloji zonasında silahlı insident baş verib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi və “Milenio” nəşri yerli polisə istinadən məlumat yayıb.
Hadisə aprelin 20-də yerli vaxtla saat 11:00 radələrində Ay Piramidası ərazisində qeydə alınıb. Bildirilir ki, ziyarətçilərdən biri piramidanın yuxarı hissəsinə qalxaraq naməlum səbəbdən ətrafdakılara atəş açmağa başlayıb. Şahidlərin sözlərinə görə, silahlı şəxs qışqıraraq nizamsız şəkildə atəş açıb və əlində silahla yanaşı planşet də olub. Daha sonra hücum edən şəxs intihar edib.
Atışma nəticəsində Kanada vətəndaşı olan bir qadın həyatını itirib. Daha 13 nəfər xarici vətəndaş yaralanıb. Yaralılar arasında ABŞ, Kolumbiya, Braziliya, Kanada və Rusiya vətəndaşları da var.
Rusiya Federasiyasının səfirliyinin məlumatına görə, yaralanan Rusiya vətəndaşının vəziyyəti stabildir və onun həyatı üçün təhlükə yoxdur.