Cey Di Vens və komandası İslamabadda İranla mümkün sülh danışıqlarına qatılmaq üçün Pakistana gedəcək.
Modern.az xəbər verir ki, ABŞ prezidenti Donald Trump “New York Post” qəzetinə açıqlamasında Vensin artıq nümayəndə heyəti ilə birlikdə Pakistana yola düşdüyünü bildirib.
Qeyd edək ki, İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Bagir Qalibafın rəhbərlik edəcəyi gözlənilir. ABŞ tərəfdən isə nümayəndə heyətində xüsusi elçi Stiv Uitkoff və Cared Kuşnerin də yer alacağı bildirilir.