Modern.az

İran hələ Pakistana nümayəndə heyəti göndərməyib

İran hələ Pakistana nümayəndə heyəti göndərməyib

Dünya

21 Aprel 2026, 13:20

İran Xarici İşlər Nazirliyi və parlamentindəki mənbələrə görə, hazırda İslamabada heç bir İran nümayəndə heyəti göndərilməyib.

Modern.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” Tehrandakı müxbirə istinadən məlumat yayıb.

Qeyd olunur ki, parlamentin sədri və danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və onun müavini hələ ki İrandadırlar.

Dövlət televiziyası İRIB də Pakistana heç bir rəsmi nümayəndə heyəti və ya texniki qrup göndərilmədiyini bildirib.

Buna görə də İranın qarşıdan gələn danışıqlarda iştirakı qeyri-müəyyən olaraq qalır.

CNN-in məlumatına görə, Cey Di Vens başda olmaqla ABŞ-ın nümayəndə heyəti artıq Pakistana yola düşüb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı