Rusiyada “zərərli məsləhətlər” məzmununa görə məsuliyyət məsələsi gündəmə gəlib.
Modern.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin uşaq yazıçısı Qriqori Oster-in əsərləri ilə bağlı yoxlamaların başlanmasını tapşırıb.
Məlumata görə, yoxlama çərçivəsində müəllifin “Zərərli məsləhətlər”, “38 tutuquşu” və “Qav adlı pişik balası” kimi məşhur əsərləri araşdırılır.
Rusiya mediasının yaydığı xəbərlərə əsasən, İstintaq Komitəsi bu əsərlərdə “pedaqoji baxımdan şübhəli yanaşmaların” yer aldığını hesab edir. Xüsusilə “Zərərli məsləhətlər” kitabında təqdim olunan ideyaların uşaqlara mənfi təsir göstərə biləcəyi iddia olunur.