Avropa Komissiyası Ursula Fon der Lyayen Türkiyə ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirilib.
Modern.az xəbər verir ki, qeyd olunub ki, Türkiyənin adı çəkilməsi onun geosiyasi təsirinin, miqyasının və ambisiyalarının, xüsusilə Qərbi Balkanlarda rolunun tanınması deməkdir və bu, hər hansı başqa ölkə ilə müqayisə məqsədi daşımır.
Açıqlamada vurğulanıb ki, Avropa İttifaqı Türkiyəni həm iqtisadi, həm də siyasi baxımdan mühüm tərəfdaş hesab edir və xüsusilə nəqliyyat əlaqələri və miqrasiya sahəsində əməkdaşlıq ön plandadır.
Bildirilib ki, Türkiyə eyni zamanda NATO üzrə vacib müttəfiq və Avropa İttifaqına namizəd ölkədir və bu da onu dialoq üçün əsas tərəfdaşlardan birinə çevirir.
Xatırladaq ki, daha əvvəl Ursula Fon der Lyayen Avropa İttifaqının elə bir məkan formalaşdırmalı olduğunu bildirib ki, bu məkan Rusiya Federasiyası, Türkiyə və Çin Xalq Respublikası kimi ölkələrin təsiri altında qalmasın.