İran atəşkəs rejiminin uzadılmasını tələb etməyib. Modern.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu Tehran rəsmiləri bildiriblər.
Ehtimal edilir ki, Trampın atəşkəsin qeyri-müəyyən müddətə uzadılması ilə bağlı bəyanatı bir neçə məna daşıya bilər.
“Tramp anlayır ki, müharibə heç nəyi dəyişməyəcək, buna görə də müharibədən çıxışı özü üçün ən yaxşı variant hesab edir. Hətta müharibəni davam etdirsə belə, heç nəyə nail olmayacaq”.
“Lakin Trampın hər hansı addımının, o cümlədən atəşkəsin uzadılmasının aldadıcı olması ehtimalını da istisna etmək olmaz. Ola bilər ki, Tramp atəşkəsin uzadıldığını iddia etsin, lakin bundan sonra həmin ABŞ hökuməti və ya İsrail təcavüz aktları həyata keçirsin”, - bu variant İran rəsmilərinin mütləq diqqət mərkəzindədir və İran bu ehtimalı kiçiltmir.
Tehranda hesab edirlər ki, ABŞ müharibədən çıxacaq, lakin İsrail Livanda atəşkəs rejiminin pozulması bəhanəsi ilə müharibədə qalacaq.
“Lakin amerikalılara əvvəllər xəbərdarlıq olunub ki, ABŞ birtərəfli qaydada müharibədən çıxıb İsraili döyüş əməliyyatlarına cəlb etməyə davam edə bilməz”, - “Tasnim” yazıb.
“Əgər ABŞ müharibə kölgəsini saxlamaq istəyirsə, Hörmüz boğazının tam bağlanmış qalacağını da nəzərə almalıdır”, - Tehran rəsmiləri bildiriblər.