Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə almaniyalı həmkarı Frank-Valter Ştaynmayer arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin X sosial şəbəkə hesabında məlumat yayılıb.
"Liderlər Türkiyə-Almaniya ikitərəfli münasibətləri ilə regional və qlobal prosesləri müzakirə ediblər", - məlumatda bildirilib. Qeyd olunub ki, Ərdoğan Türkiyə ilə Almaniya münasibətlərinin son dövrdə həyata keçirilən yüksəksəviyyəli təmaslarla inkişaf etdiyini xatırladıb.
Yaxın Şərqdəki müharibənin Avropanı da zəiflətdiyi vurğulanıb: "Bu gedişata sülhyönümlü yanaşma ilə müdaxilə edilmədiyi təqdirdə münaqişə prosesinin vuracağı zərər daha böyük olacaq", - Ərdoğandan sitat gətirilib.