Modern.az

Livan-İsrail görüşündə ABŞ tərəfindən kim iştirak edəcək?

Livan-İsrail görüşündə ABŞ tərəfindən kim iştirak edəcək?

Dünya

23 Aprel 2026, 05:22

ABŞ Dövlət Departamentində Livan və İsrail rəsmiləri arasında aprelin 23-də keçiriləcək görüşdə iştirak edəcək ABŞ nümayəndə heyətinin adları açıqlanıb.

Modern.az-ın “News Nation”a istinadla verdiyi məlumata görə, görüşdə Dövlət katibi Marko Rubio, müşavir Maykl Nidham, ABŞ-nin İsrail və Livandakı səfirləri, həmçinin bu ölkələrin ABŞ-dəki səfirləri iştirak edəcəklər.

Bu, iki ölkə arasında ABŞ-də keçirilən danışıqların ikinci mərhələsidir və görüş ötən cümə günü “Hizbullah” və İsrail arasında atəşkəs rejiminin qüvvəyə minməsindən sonra baş verir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!