Rusiya Ermənistanın sabiq prezidenti Robert Koçaryanın mətbuat katibi Viktor Soqomonyanın Rusiya Erməniləri Ittifaqının rəhbəri vəzifəsinə namizədliyinə etiraz edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
V.Soqomonyan 2008-ci ildən 2023-cü ilə qədər Koçaryanın ofisinə rəhbərlik edib və yaxın adamı hesab olunur. Erməni mediasının məlumatına görə, Moskva bu qərarı təşkilatın liderinin siyasətdən kənar olması və bütün qruplarla işləmək qabiliyyətinin vacibliyi ilə izah edib.
Erməni Apostol Kilsəsinin Rusiya Yeparxiyasının rəhbəri, arxiyepiskop Yezras Nersisyan müzakirələrdə fəal iştirak edir. Onun hazırkı rəhbər Ara Abrahamyanın yerinə öz namizədi var. Həmin namizədin aprelin 24-də "soyqırımı" qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə təqdim etməsi gözlənilir.