"Əgər indiyədək həyatın teatrdan daha mürəkkəb olduğuna əmin olmamısınızsa, gələcək həyatınızda buna mütləq əmin olacaqsınız".
Modern.az xəbər verir ki, bunu hökumət iclasından sonra jurnalistlərə açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
O, ayrıldığı Anna Akobyanla yenidən bir araya gəlməsi ilə bağlı sualı cavablandırıb.
“Anna açıqlama verəndə mən bu qərara hörmət etdiyimi bildirdim, amma bu qərarla razı olduğumu demədim və təbii ki, bu məntiqlə qeyd etdiyiniz tədbirin baş tutması üçün də səylər göstərdim. Bunun baş verməsindən məmnunam və ailəmizi qorumaq üçün daha bir şansım olduğuna görə xoşbəxtəm", - Nikol Paşinyan Gümrüdə avtomobil yürüşündə Anna Akopyanla birlikdə iştirak etməsinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, bir müddət əvvəl Anna Akopyan Ermənistanın Baş naziri Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığını açıqlayıb.