Modern.az

Ter-Petrosyan ən uğursuz daşnakdır - Paşinyan

Ter-Petrosyan ən uğursuz daşnakdır - Paşinyan

Dünya

23 Aprel 2026, 14:54

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib ki, eks-prezident Levon Ter-Petrosyan əsl daşnakdır”.

Modern.az-ın məlumatına görə, baş nazir deyib:

“Levon Ter-Petrosyan təmizqanlı daşnakdır. Üstəlik, ən uğursuz və ən nəticəsiz daşnakdır.”

Paşinyan həmçinin qeyd edib ki, bu seçkilər erməni xalqı üçün “keçmişləri siyasi meydandan kənarlaşdırmaq” baxımından müstəsna bir fürsətdir.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Eks-prezident Levon Ter-Petrosyan da Paşinyaın hakimiyyətdən getməsini istəyən siyasətçilər sırasındadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ