Modern.az

Qətliamın iştirakçısı saxlanılıb - FOTO 

Qətliamın iştirakçısı saxlanılıb - FOTO 

Dünya

Bu gün, 14:22

Suriyada təhlükəsizlik qüvvələri 2013-cü ildə Dəməşqin Tədamun rayonunda mülki şəxslərin qətli ilə bağlı əsas şübhəlilərdən birini saxlayıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, saxlanılan şəxs keçmiş kəşfiyyat zabiti Amcad Yusifdir.

Məlumata görə, o, bir neçə il əvvəl yayılan görüntülərdə əks olunub. Həmin kadrlarda gözləri bağlanmış və qandallanmış şəxslərə qaçmağı əmr etdiyi, daha sonra isə onlara atəş açdığı görünür.

Qeyd olunur ki, qurbanlar kütləvi məzarlığa düşüb və ümumilikdə 41 nəfərin öldürüldüyü ehtimal edilir. Daha sonra meyitlərin yandırıldığı bildirilir.

1515139

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!