Modern.az

Somali sahillərində tankerə HÜCUM

Somali sahillərində tankerə HÜCUM

Dünya

Bu gün, 18:34

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin tabeliyində fəaliyyət göstərən Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Somali sahilləri yaxınlığında tankerin naməlum şəxslər tərəfindən ələ keçirildiyini açıqlayıb.

Modern.az UKMTO-ya istinadən xəbər verir ki, insident Somali ərazisində yerləşən Mareyo şəhərindən 45 dəniz mili (təxminən 83 km) şimal-şərq istiqamətində qeydə alınıb. Hərbi qurumun açıqlamasına əsasən, naməlum şəxslər tankeri ələ keçirərək onu Somali ərazi sularında 77 dəniz mili (təxminən 143 km) cənuba doğru hərəkət etdiriblər.

Hadisə ilə bağlı əlavə detallar açıqlanmır. Gəmilərə sözügedən ərazidən keçərkən ehtiyatlı olmaları və şübhəli fəaliyyətlə qarşılaşdıqları halda dərhal məlumat vermələri tövsiyə edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək