Modern.az

Ərdoğandan Çanaqqala zəfəri ilə bağlı PAYLAŞIM

Ərdoğandan Çanaqqala zəfəri ilə bağlı PAYLAŞIM

Dünya

25 Aprel 2026, 23:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala döyüşlərinin ildönümü ilə bağlı paylaşım edib.

Modern.az xəbər verir ki, Ərdoğan bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Çanaqqala quru döyüşlərinin 111-ci ildönümündə başda Qazi Mustafa Kamal (Atatürk – red.) olmaqla istiqlalımız və gələcəyimiz uğrunda dastan kimi mübarizə aparan bütün qəhrəmanlarımızı hörmətlə anır, şəhidlərimizi və əbədiyyətə qovuşan qazilərimizi rəhmətlə yad edirəm", - paylaşımda bildirilib.

Xatırladaq ki, Çanaqqala döyüşü Birinci Dünya müharibəsi dövründə Osmanlı ilə Antanta dövlətləri arasında baş verib. İttifaq üzvləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazları idarə etmək hüququnu özlərində saxlamaq istəyiblər. Lakin onlar türk xalqının dəmir iradəsini sarsıda bilməyiblər. Səkkiz ay davam edən və böyük itkilərin qeydə alındığı döyüşlərdə məğlub olan ittifaq dövlətləri geri çəkilmək məcburiyyətində qalıblar. Bu döyüş məhv olmaq vəziyyətindəki ölkənin möhtəşəm qələbəsi kimi əfsanələşib və Çanaqqala zəfəri adı ilə tarixə düşüb. Türklər bu qanlı mübarizədə 250 mindən çox şəhid verib. Bir o qədər hərbçi itirən müttəfiq qüvvələr üçün isə bu döyüş hərbi fəlakət rəmzi kimi qiymətləndirilir.

Çanaqqala zəfərinin əldə olunmasında azərbaycanlılar da yaxından iştirak ediblər və üç mindən çox soydaşımız şəhidlik zirvəsinə ucalıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək